Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
ABŞ-nin Nyu-York şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə keçirilən məlumatlandırma aksiyası davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Məlumatlandırma aksiyasında üzərində Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı avtomobil hər gün minlərlə turistin ziyarət etdiyi, Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur "Times" meydanında hərəkət edib.
"Qarabağ şikəstəsi" və "Bayatı-Şiraz" təsnifinin sədaları altında hərəkət edən avtomobilin ekranlarında Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidi məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.
LED ekranlı avtomobil səhər saatlarına qədər Nyu-Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarında dövrə vuracaq və "Times" meydanında dayanacaq.
Qeyd edək ki, avtomobil daha öncə BMT Baş Qərargahı qarşısında olub.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər













