Messinin Argentina millisində son oyunu bəlli oldu
Far.Az xəbər saytı

Messinin Argentina millisində son oyunu bəlli oldu


Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia Lionel Messinin milli komandanın heyətində son oyununa çıxacağını açıqlayıb.

Far.Az xəbər verir ki, 39 yaşlı hücumçu oktyabrın 6-da Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə Argentina millisinin formasını geyinəcək.

Tapia bildirib ki, Messinin oyuna dəvət olunmasında əsas məqsəd əfsanəvi futbolçuya layiqli vida mərasimi təşkil etməkdir. Qarşılaşma 85 min tamaşaçı tutumuna malik "Estadio Monumental" stadionunda keçiriləcək.

Argentina Futbol Assosiasiyasının rəhbəri 2022-ci ildə dünya çempionu olan komandanın bütün üzvlərini də görüşə dəvət edib. Onun sözlərinə görə, bu, Messi üçün xüsusi və yaddaqalan tədbir olacaq.

Messinin Argentina millisində 208-ci və sonuncu oyununa çıxacağı gözlənilir. O, 125 qolla komandanın tarixində ən məhsuldar futbolçudur.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. O, avqust ayında 20 illik beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər