"AHK Azerbaijan": Almaniya və Azərbaycan ənənəvi ticarətdən kənara çıxmaq istəyir
Almaniya və Azərbaycan, o cümlədən iki ölkənin şirkətlərinin istehsal-satış zəncirlərinə daha sıx inteqrasiyası hesabına iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik əlaqəlilik məsələlərinə dair Almaniya-Azərbaycan konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya və Azərbaycan artıq möhkəm ticari-iqtisadi əlaqələrə malikdir, lakin ənənəvi ticarət çərçivəsindən kənara çıxmaq və əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirmək lazımdır.
N.Vik qeyd edib ki, bu kontekstdə regional inteqrasiya, "yaşıl" və rəqəmsal dəhlizlər, eləcə də Orta Dəhliz də daxil olmaqla, qarşılıqlı əlaqəlilik xüsusi əhəmiyyət kəsb edir.
"AHK Azerbaijan"ın rəhbəri həmçinin bildirib ki, bu yaxınlarda yaradılmış Almaniya-Azərbaycan Biznes Şurası dövlət və biznes arasında strukturlaşdırılmış dialoq üçün əsas yaradır, həmçinin yeni imkanları müəyyən etməyə, mövcud maneələri aradan qaldırmağa, eləcə də alman və azərbaycanlı tərəfdaşlar arasında konkret layihələr işləyib hazırlamağa imkan verəcək.
"AHK Azerbaijan" biznes, dövlət orqanları, maliyyə institutları və digər tərəfdaşların nümayəndələrini bir araya gətirərək öz töhfəsini verə bilər", - N.Vik bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB













