Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası beynəlxalq yarışda medal qazanıb
Çinin Şanxay şəhərində sentyabr 22–27-də keçirilən "WorldSkills Shanghai 2026" beynəlxalq yarışda Azərbaycan kibertəhlükəsizlik bacarığı üzrə təmsil olunub.
Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.
Bildirilib ki, ölkəni bu istiqamətdə təmsil edən İRİA-nın İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq "Medal of Excellence" mükafatına layiq görülüblər. Eyni zamanda, Yusif Kazımlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 5-ci təlim dalğasını birinciliklə başa vurub. Yüksək peşəkarlıq və praktiki bacarıqları qiymətləndirən bu medal Azərbaycanın "WorldSkills" tarixində kibertəhlükəsizlik üzrə qazandığı ilk mükafatdır.
Kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycan komandasının seçimi və yarışa hazırlığı isə İRİA nəzdində fəaliyyət göstərən AKM-də təşkil olunub. Seçim və hazırlıq prosesi İRİA, Peşə Təhsili üzrə Dövlət Agentliyi və "WorldSkills Azərbaycan"ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Əldə etdiyi nəticə ilə Azərbaycan komandası Hindistan, Koreya, Tailand, Yaponiya, Malayziya, Avstraliya və Braziliya daxil olmaqla, bir sıra ölkələrin komandalarını qabaqlayıb. Bundan başqa, Azərbaycan komandası kibertəhlükəsizlik üzrə "Kibertəhdidlərə qarşı müdafiə həllərinin tətbiqi" alt istiqamətində iştirak edən komandalar arasında daha yüksək nəticəni göstərib.
Namizədlərin seçimi "Capture The Flag" (CTF) formatında keçirilən mərhələlər əsasında aparılıb. İlk seçim mərhələsi olan CTF-1 ötən il dekabrın 20-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 80 namizədin iştirakı ilə keçirilib. 2026-cı ilin yanvarında keçirilən CTF-2-nin nəticələrinə əsasən seçilən 10 namizəd fevral–avqust aylarında Mərkəzdə intensiv hazırlıq proqramına cəlb olunub. Hazırlıq proqramı "WorldSkills" yarışının tələblərinə uyğun olaraq kibertəhlükəsizlik üzrə nəzəri biliklərin möhkəmləndirilməsi və praktiki bacarıqların inkişaf etdirilməsini əhatə edib.
"WorldSkills Shanghai 2026"da kibertəhlükəsizlik üzrə əldə olunan nəticə Azərbaycanı təmsil edən iştirakçıların beynəlxalq peşə bacarıqları platformasında göstərdiyi hazırlıq səviyyəsini nümayiş etdirib. Eyni zamanda, seçim və hazırlıq prosesinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sistemli şəkildə təşkil olunması gənc mütəxəssislərin beynəlxalq yarışlara hazırlanması istiqamətində həyata keçirilən işlərin nəticəsini göstərir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
"PAŞA Sığorta" digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyacaq
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib













