Rəşad Həsənov: "Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb"
Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, münaqişələr quru və dəniz yolları ilə daşımalara mənfi təsir göstərib: "Şirkətlər və hökumətlər şaxələndirmə yolu ilə cavab verirlər. Azərbaycanın bu istiqamətdə planları var. Birincisi, yüklərin daşındığı Orta Dəhliz, ikincisi isə məlumatların ötürüldüyü rəqəmsal dəhlizdir".
Nazir qeyd edib ki, Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb: "Biz bu ili təxminən 16 milyon tonla başa vuracağımızı gözləyirik və 2030-cu ilə qədər bu rəqəmin 30 milyon tona çatacağını planlaşırırıq".
Nazir müavini əlavə edib ki, bu ilin 9 ayında Bakı Beynəlxalq Dəniz Limanı ilə 2025-ci ilin eyni dövrü ilə müqayisədə konteyner daşımaları 30 % artıb: "Tutum da tələbatdan öndə gedir. Daha yaxşı əməliyyatlar sayəsində biz limanın inkişafının ikinci mərhələsində onun konteyner tutumunu 500 000 TEU-ya çatacağını planlaşdırırıq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













