Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi
"Korrupsiya ilə bağlı məlumat verən şəxs və ya onun yaxınları bu səbəbdən həlak olduqda ailəsinə 20 min manat müavinət ödənilməsi nəzərdə tutulur. Bu, olduqca kiçik bir rəqəmdir".
Far.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev parlamentdə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, indiki şərtlər altında bu rəqəm ən azı 150 min manat nəzərdə tutulmalıdır:
"Digər tərəfdən, iştirakçılıqla törədilən cinayətlərdə şəxs özü həmin cinayətin iştirakçısı olubsa, onun cinayətin hazırlanmasında, həyata keçirilməsində rolu mütləq nəzərə alınmalıdır. Bu məsələlər də qanunvericilik qaydasında öz həllini tapmalıdır".
Deputat hesab edir ki, həmin şəxslər cəmiyyətdə qınanılmamalıdır:
"Biz də cəmiyyəti hazırlamalıyıq ki, belə cinayətlər barədə onlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etsin, bu barədə də dövlət orqanlarını məlumatlandırsınlar".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













