İlqar Aslanov: "AÇ-2027-nin əsas mərhələsində qrup birincisi olmağa çalışacağıq"
Far.Az xəbər saytı

İlqar Aslanov: "AÇ-2027-nin əsas mərhələsində qrup birincisi olmağa çalışacağıq"


19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsində qrup qalibi olmağa çalışacaq.

Bunu "Far.Az"a açıqlamasında komandanın baş məşqçisi İlqar Aslanov deyib.

Mütəxəssis püşkatmanın nəticəsini dəyərləndirərək rəqiblərin güclü olduğunu bildirib:

"Bizə çox çətin rəqiblər düşüb. Onların arasında Yunanıstan zəif kimi görünür. Ancaq üç il əvvəl onlarla görüşmüş və məğlub olmuşduq. Çox yaxşı komandadır. Ümumiyyətlə, rəqiblərin hamısı güclüdür".

İ.Aslanov komandanın hazırlıq prosesindən və heyətlə bağlı çətinliklərdən söz açıb:

"Oktyabrın 1-dən məşqlərə başlamışıq, hələ ki seçimlər aparılır. Aşağı yaş qrupları olmadığı üçün elan vermişik, gələnlər arasında əvvəllər böyük futbolda çıxış edənlər də var. İstedadlı uşaqlar az olsa da, onların arasından seçim etmək məcburiyyətindəyik. Ən böyük çətinliyimiz isə hərbi xidmətlə bağlıdır. Əsas heyətin 3 futbolçusu hərbi xidmətə yollanacaq. Çətinliklərə baxmayaraq, hazırlaşırıq".

O, komandanın məqsədini diqqətə çatdırıb:

"Ötən çempionatda Xorvatiya ilə heç-heçə oynamışdıq. Əlbəttə, qrupda birinci yeri tutmaq fikrindəyik. Çox çətin olacağını bilsək də, buna çalışacağıq. İlk matçımız martın 30-da keçiriləcək".

Qeyd edək ki, yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Oxşar xəbərlər

AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər