İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi
Bu ilin fevral ayında Bərdənin Qazaxlar kəndində ağır yol qəzası törədən 1999-cu il təvəllüdlü Mehdiyev Elnur Arif oğluna hökm oxunub.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. E.Mehdiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, qəzanın baş verdiyi gün Elnur ilk dəfə avtomobilin sükanı arxasına əyləşərək nəqliyyat vasitəsi idarə edib. Belə ki, həmin gün gənc oğlan kənddə keçirilən "ciyəraxşamı"nda iştirak edib. Axşam saatlarında o, örüşdən gələn heyvanları tövləyə salmaq üçün məclisi tərk edib və tanışına məxsus "Qazel" markalı avtomobilə əyləşib. Təcrübəsiz sürücü kəndin daxili yolunda hərəkətdə olarkən sürətini azaltmadan dönmə manevri edib. Bu zaman maşın idarəetmədən çıxaraq, yolun kənarı ilə atın ipindən tutub piyada gedən 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində vəfat edib.
Məhkəmədə Elnur Mehdiyev ilk dəfə sükan arxasına əyləşdiyini, həmin maşını qaçırmadığını və sahibinin şifahi razılığı ilə sürdüyünü deyib.
Mərhumun oğlu Elnurdan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə 27 yaşlı oğlana 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd olunub.
Qeyd edək ki, bu kimi cəzaçəkmə müəssisələrindəki məhkumların bəzi hallarda oranı tərk etməsinə icazə verilir.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













