Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı
Far.Az xəbər saytı

Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı


2026-cı il üzrə Fizika sahəsində Nobel mükafatının sahibi bəlli olub.

BAKU.WS xəbər verir ki, mükafata belçikalı fizik Francis Halzen layiq görülüb.

Halzen bu nüfuzlu mükafata Antarktidada fəaliyyət göstərən "IceCube" Neytrino Rəsədxanasının yaradılmasına verdiyi mühüm töhfələrə və astrofizik mənşəli yüksək enerjili neytrinoların aşkar edilməsindəki roluna görə layiq görülüb.

1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olan alim uzun illərdir ABŞ-ın Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya istiqamətlərində araşdırmalar aparır.

Francis Halzen "IceCube" layihəsinin əsas simalarından biridir və hazırda rəsədxananın baş tədqiqatçısıdır. Antarktidanın Cənub qütbündə yerləşən bu nəhəng detektor buz qatının 1,5–2,5 kilometr dərinliyində quraşdırılmış minlərlə optik sensor vasitəsilə kosmosdan gələn yüksək enerjili neytrinoları qeydə alır.

"IceCube"un əsas məqsədi kainatdakı ən yüksək enerjili prosesləri və kosmik şüaların mənbələrini araşdırmaqdır.

Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edir. Fiziologiya və ya tibb üzrə mükafatın laureatları oktyabrın 5-də açıqlanıb. Fizikadan sonra oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı elan ediləcək.

İqtisadiyyat üzrə Nobel mükafatının builki qalibi isə oktyabrın 12-də açıqlanacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər