Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibi Raffaella Culiani ilə görüş keçirib.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib.
O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.
Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub. Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb olunmasının nəzərdə tutulduğu, eyni zamanda, Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən olduğu bildirilib.
Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.
Qalereya
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













