Fəal: COP29 çərçivəsində BMT Baş katibi ilə çox məzmunlu görüş keçirdik
Bakıda keçirilən COP29 iqlim konfransında gənclərin səsinin eşidilməsi və iqlim dəyişikliyi ilə mübarizədə göstərdikləri səylərin nəticə verməsi üçün bütün şərait yaradılıb.
Bunu “Far.Az”a açıqlamasında Azərbaycan gənclərinin COP29-dakı nümayəndəsi Aysel Əzizova bildirib.
"Konfransda təşkilatçılar gənclərin davamlı inkişaf və iqlim məsələlərinə cəlb olunmasını nümayiş etdirərək, ideya mübadiləsi və planetin gələcəyinin müzakirəsinə şərait yaradırlar", - o qeyd edib.
Nümayəndə BMT-nin Baş katibi Antonio Quterreşin ötən gün müxtəlif ölkələrdən olan gənc eko-fəallarla görüşünün əhəmiyyətini vurğulayıb.
A.Əzizovanın sözlərinə görə, görüş zamanı gənclər təşəbbüslərinin əhəmiyyəti müzakirə olunub.
"Bu dialoq bizə iqlim dəyişikliklərinin səbəblərini və onların həlli yollarını daha yaxşı başa düşməyə kömək etdi, eləcə də gələcək fəaliyyət üçün dəyərli tövsiyələr verdi. Cənab Quterreş bizimlə çox məzmunlu görüş keçirdi, suallarımızı cavablandırdı və bizi dinlədi", - o əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













