Qobustandakı "Diri Baba" türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
Bu ilin yanvar-sentyabr aylarında Qobustan şəhərindəki "Diri Baba" türbəsini 28 215 turist ziyarət edib.
"Far.Az" xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
"Bunun 12 175-i xarici turistlərdir, onlar bilet almaqla buranı ziyarət edib. Türbəyə baş çəkmək üçün ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri, hətta Madaqaskardan bura ziyarətçilər gəlir. Həmçinin 9 ayda 16 040 nəfər yerli turist ödəniş edərək bura baş çəkib", - deyə direktor əlavə edib.
Onun sözlərinə görə, hazırda "Diri Baba" türbəsində yenidənqurma işləri aparılır: "Türbənin yerləşdiyi yerdə arxeoloji qazıntılar aparılır, türbənin özündə və ətrafında konservasiya və restavrasiya işləri görüləcək. Yəgin ki, bir neçə ay çəkər. Bunu biz həm turist axınına, həm də həm də hava şəraitinə uyğun nizamlayırıq".
Y.Məmmədov türbə ilə üzbəüz yerləşən digər abidə haqqında da məlumat verib: "Diri Baba deyilən şeyxin orada dəfn olunması güman edilərək 2022-ci ildə ərazidə arxeoloji qazıntı işləri aparıldı. Müsəlman qaydasında dəfn olunan skelet tapıldı və Avstriyadan xüsusi qonaq - antropoloqlar dəvət olundu. Məlum oldu ki, həmin şəxs Diri Baba deyil, amma XVI əsrdə, 1510-1530-cu illərdə yaşamış şeyxlərdən biridir. Həmin məzar üzərində də bir türbə, yəni infrastruktur inşa ediləcək. Artıq bu işlərə başlanılıb".
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













