Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi - Təfərrüat
Bakıda kassir özünün işlədiyi supermarketdən oğurluq edib və həmin vəsaiti gecə klublarında xərcləyib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Zığ şosesi, 5 ünvanında fəaliyyət göstərən mağazada baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Namiq Aslanov (ad və soyad şərtidir - red) mağazada gecə növbəsimə kassir vəzifəsinə təyin edilib və işə başlayıb. Bir müddətdən sonra o, mağazadan oğurluq etmək qərarına gəlib və bu məqsədlə mağazanın pullarının yığıldığı yeri müəyyənləşdirib.
Bir gün Namiq müəyyən edir ki, mağaza müdiri kassadakı pulları təhvil alandan sonra öz otağına aparır və orada seyfə yığır. Bir neçə gündən sonra o, müdirin otağının açarının qoyduğu yeri də müəyyənləşdirib. Gecə növbəsində işləyərkən müştərilərin olmadığını görən Namiq mühafizədən çöldə siqaret çəkmək adı ilə icazə alır. Amma Namiq çölə çıxmır, birinci mərtəbədə müdirin otağına daxil olur.
O, seyfi açaraq oradan 7 140 manat götürüb yenidən yerinə qayıdır və xidmətini davam etdirir. Bundan sonra Namiq növbədə olmadığı günlər axşam saatlarında gecə klublarına gedib, həmin pulları klublarda işləyən xanımlara xərcləyir, məclislər təşkil edir.
Bir neçə gündən sonra mağazadan oğurluq olması müəyyən edilir və araşdırmalara başlanılır. Oğurluq hadisəsi mağazanın təhlükəsizlik kamerasında qeydə alındığı üçün cinayətin üstü tez açılıb və Namiq Aslanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Namiq Aslanov 2 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları
-
Qubada 19 kq narkotik aşkarlanıb













