Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi
Far.Az xəbər saytı

Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi


Son dövrlərdə xaricdə fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr süni intellekt texnologiyalarından istifadə etməklə yeni və təkmilləşdirilmiş kiberhücumlar həyata keçirirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, kibercinayətkar qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatları vasitəsilə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də vətəndaşları hədəfə alırlar.

"Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqəti çəkir.

Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya "təcili" və "vacib" xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün onları hüquq mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönəldirlər. Müvafiq üsulla həmin şəxslərdən xarici hesablara pul vəsaitlərinin köçürülməsi, eləcə də müxtəlif qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb edilir.

Rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini ön plana çəkərək vətəndaşlardan şübhəli müraciət, tələb və ya mesajla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Pərviz Hacıyev: "Kiberdələduzluqda köhnə müdafiə üsulları artıq işləmir" - MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər