Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər
Far.Az xəbər saytı

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər


Çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin Rusiyanın (RF) hərbi-sənaye kompleksinə qarşı yönəldiləcək sanksiyaların 22-ci paketinin lehinə səs verəcəyi gözlənilir.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bunu bu gün Aİ diplomatları açıqlayıblar.

Qeyd olunub ki, 1570 şəxs və şirkəti əhatə edəcək bu sanksiyalar paketi Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri ən böyük paket olacaq.

Aİ ölkələrinin səfirləri tərəfindən bəyənildikdən sonra o, yekun təsdiq üçün gələn bazar ertəsi blokun üzvü olan ölkələrin xarici işlər nazirlərinə göndəriləcək.

Dəqiqləşdirilir ki, sanksiyaya məruz qalan şirkətlərin və fiziki şəxslərin əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır, özü də onların yarısından çoxu raket istehsalına cəmləşib.

Xatırladaq ki, RF-yə qarşı 21-ci sanksiyalar paketi Aİ tərəfindən cari ilin iyul ayında qəbul edilib. Hazırda Aİ-nin antirusiya məhdudiyyətlərinə 3000-dən bir qədər çox şəxs daxildir.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər