Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
Far.Az xəbər saytı

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb


Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı Çexiyanın ikinci böyük şəhəri Brnoda davam etdirib.

Bu barədə "Far.Az"a QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumata verilib.

Bildirilib ki, Çexiya azərbaycanlılarının "Land of Fire" diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb.

Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir. Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir.

Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib.

"Gilavar" Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər" qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər