"Haber Global": COP29-un gündəmi maliyyələşmənin təmin olunmasıdır
Far.Az xəbər saytı

"Haber Global": COP29-un gündəmi maliyyələşmənin təmin olunmasıdır


Azərbaycanda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəmi maliyyələşdirmədir.

“Report”un məlumatına görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.

Qeyd olunur ki, ölkə başçıları və hökumət rəsmiləri iqlim böhranı ilə mübarizədə vəsait təmin etməyin yollarını axtarırlar.

COP29-un gündəmi iqlim böhranı ilə mübarizə üçün maliyyələşdirmənin təmin edilməsidir.

"Haber Global"ın meteorologiya redaktoru Bünyamin Sürmeli iqlim dəyişikliyi ilə mübarizə üçün maddi vəsait yaratmağın əhəmiyyətini vurğulayıb və dünyanın ən yüksək emissiya yayan ölkələrinin konfransda yüksək səviyyədə iştirak etmədiyini vurğulayıb.

Süjetdə bankların iqlim dəyişikliyinə qarşı mübarizəyə təmin edəcəyi maddi dəstəyin əhəmiyyəti bildirilib.

Qeyd olunur ki, konfranda iqlim böhranı ilə mübarizə üçün lazım olan dəyişikliyi təmin edəcək pulun tapılması nəzərdə tutulur: “Xüsusən ölkələrin iqlim dəyişikliyindən ən pis təsirlənən ölkələrə maliyyə yardımı öhdəliyinin tapılması hədəflənir. Mütəxəssislərə görə Çin xaricindəki inkişaf etməkdə olan ölkələrin yaşıl enerjiyə keçmək və kəskin hava şəraitinə qarşı qorunmaq üçün ildə ən azı bir trilyon dollara ehtiyacı var".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
“Haber Global” COP29-da: Türkiyə iqlim gündəmini müəyyən edir və fəaliyyətə çağırır
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər