Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
Azərbaycanın Müdafiə Nazirliyində artıq kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur və əsgərlərin bu sahədə xidməti də təşkil olunub.
"Far.Az" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov ADEX 2026 çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektoral görüşdə deyib.
O qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığına əsasən, hərbi qulluqçuların, xüsusilə də müddətli həqiqi hərbi xidmət qulluqçularının bu sahəyə cəlb olunması həyata keçirilir:
"Müəyyən texniki biliklərə malik olan əsgərlərimizin bu sahəyə cəlb olunması istiqamətində işlər görülür".
E. Həsənov xatırladıb ki, kibertəhlükəsizliklə bağlı artıq Müdafiə Nazirliyində vahid struktur formalaşdırılıb və Kibertəhlükəsizlik İdarəsi yaradılıb.
Onun sözlərinə görə, digər qoşun və qüvvə növlərində olan bütün sistem və şəbəkələr nazirliyin tabeliyində olan Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi tərəfindən 7/24 monitorinqə cəlb olunur.
Oxşar xəbərlər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir













