"The Times": Britaniyalı hərbi dənizçi casusluğa görə həbs edilib
Far.Az xəbər saytı

"The Times": Britaniyalı hərbi dənizçi casusluğa görə həbs edilib


Böyük Britaniyada Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat bölmələrinin birində işləyən 24 yaşlı dənizçi həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" "The Times" nəşrinə istinadən məlumat yayıb.

London polisinin terrorizmlə mübarizə idarəsindən bildirilib ki, 1-ci dərəcəli matros Teddi Yanq 2024-cü ilin aprelində yüksək səviyyəli buraxılış əldə edərək HDQ-nin kəşfiyyatında işə başlayıb.

Polisin məlumatına görə, o, 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək xarici dövlətə ötürmək məqsədilə "qorunan məlumatlara çıxış əldə edib, onları kopyalayıb və saxlayıb".

Lakin polisin bəyanatında matrosun bu məxfi məlumatları ötürdüyü, yoxsa sadəcə bunu etməyə hazırlaşdığı qeyd olunmur. Həbsindən sonra Yanq Londonda magistrat hakimi qarşısına çıxarılıb və hakim onun oktyabrın 16-na təyin edilmiş növbəti məhkəmə iclasına qədər həbsdə saxlanılmasına qərar verib. Britaniya HDQ-nin nümayəndəsi vəziyyəti şərh etməkdən imtina edərək, istintaqın bu mərhələsində bunun "yersiz" olacağını bildirib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər