"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir
Far.Az xəbər saytı

"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir


Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" strateji "Şərq–Qərb" neft kəmərindəki zədələr aradan qaldırıldıqdan sonra noyabr ayında Avropaya sifariş edilmiş bütün neft həcmlərini göndərəcək.

"Far.Az"un verdiyi məlumata görə, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, "Saudi Aramco" Avropadakı neft emalı zavodlarının rəhbərliyinə noyabr ayı üçün sifariş etdikləri bütün xam nefti çatdıracağını bildirib. Bu qərar strateji neft kəmərinin fəaliyyətini bərpa etməsindən sonra qəbul edilib.

Mənbələrin bildirdiyinə görə, ən azı üç Avropa neft emalı zavodu noyabrda Səudiyyə Ərəbistanının dövlət şirkətindən sifariş etdikləri neftin tam həcmini alacaq. "Saudi Aramco" məsələ ilə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, sentyabrın 18-də "Bloomberg" mənbələrə istinadən "Saudi Aramco"nun oktyabr ayında Avropadakı neft emalı zavodlarına xam neft tədarük etməyəcəyini bildirmişdi. Bundan əvvəl Səudiyyə Ərəbistanının mühüm "Şərq–Qərb" neft kəməri dron hücumuna məruz qalmış, nəticədə onun fəaliyyəti dayandırılmışdı.

Kəmər Səudiyyə Ərəbistanının şərqindəki neft hasilatı rayonlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir və neftin Hörmüz boğazından yan keçməklə ixracına imkan yaradır.

Oxşar xəbərlər

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər