Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir?
Çindən avtomobil gətirmək çətinləşə bilər. Yeni qaydalara əsasən, Çində istehsal olunan avtomobillərin ixracı üçün istehsalçının icazəsi tələb olunacaq.
2027-ci ildən etibarən isə Çindən avtomobil almaq istəyən ölkədə servis xidmətinin və ehtiyat hissələrinin təminatı imkanları təsdiqlənməlidir.
BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin sözlərinə görə, ölkədə yağan güclü yağışlardan sonra bəzi Çin avtomobillərində batareyalarla bağlı problemlərin ortaya çıxması alıcıların bu avtomobillərə marağına təsir göstərib. Hazırda Çin avtomobillərinin idxalı da əvvəlki aylarla müqayisədə xeyli azalıb.
Bəs, yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir göstərə bilər?
Mütəxəssislər hesab edirlər ki, Çin hökumətinin bu addımı həm sahibkarların maraqlarının qorunması, həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət nəticələr verə bilər.
Belə ki, bəzi alıcılar mənşəyi dəqiq bilinməyən, rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olmayan avtomobillər alırdılar. Sonradan həmin avtomobillərdə problem yarandıqda isə məsul tərəfi müəyyənləşdirmək çətin olurdu.
Oxşar xəbərlər
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb













