Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
Far.Az xəbər saytı

Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır


Ermənistan hökuməti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklər layihəsini təsdiqləyib. Yeni layihəyə əsasən, təhsil almaq məqsədilə möhlət hüququ əldə edən vətəndaşlar üçün hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılacaq.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq layihə hökumətin rəsmi saytında dərc olunub.

Mövcud qanunvericiliyə əsasən, 27 yaşınadək vətəndaşlar təhsil almaq məqsədilə möhlət hüququ ala bilirlər, bir şərtlə ki, təhsildən sonra üç il ərzində hökumətin müəyyən etdiyi sahədə çalışsınlar. Layihənin əsaslandırmasında qeyd olunur ki, xaricdə təhsilin təşkili xüsusiyyətlərinə görə bəzi vətəndaşlar zaman məhdudiyyəti səbəbindən 27 yaşınadək həm təhsili bitirə, həm də tələb olunan üçillik iş müddətini tamamlaya bilmirdilər.

Bu cür çətinlikləri aradan qaldırmaq və vətəndaşların möhlət hüququndan tam istifadə etmələrini təmin etmək məqsədilə çağırış yaşının 32-yə qaldırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər