"Lufthansa" və Hindistanın üç aviaşirkəti Ər-Riyada bir neçə reysi ləğv edib
Far.Az xəbər saytı

"Lufthansa" və Hindistanın üç aviaşirkəti Ər-Riyada bir neçə reysi ləğv edib


Səudiyyə Ərəbistanı paytaxtının beynəlxalq hava limanı husilərin zərbəsinə məruz qaldıqdan sonra, Hindistanın "Air India", "IndiGo" və "Air-India Express" aviaşirkətləri təhlükəsizlik üçün oktyabrın 8-dən Ər-Riyada 10-dək reysi ləğv ediblər.

"Far.Az"un "İnterfaks"a istinadən məlumatına görə, bu barədə NDTV xəbər verib.

"Bölgədəki vəziyyətlə əlaqədar oktyabrın 10-dək Ər-Riyada və Ər-Riyaddan həyata keçirilən reysləri ləğv etmişik. Bu tədbirlərdən təsirlənən sərnişinlərə reyslərini ödənişsiz dəyişmək imkanı veriləcək və ya bronlarını ləğv etdikləri təqdirdə ödənişin tam məbləği geri qaytarılacaq. Vəziyyəti diqqətlə izləməyə davam edirik", - "Air India"nın nümayəndəsi bildirib.

"The National" isə xəbər verir ki, Almaniyanın "Lufthansa" şirkətində də Ər-Riyada uçuşları dayandırmaq qərara alınıb. Onun təyyarələri oktyabrın 16-dək oraya uçmayacaq.

Oxşar xəbərlər

"IndiGo" İran ətrafındakı vəziyyətə görə Bakı də daxil olmaqla bir sıra uçuşları dayandırır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər