Əkin sahəsini sığortalamaq istəyən fermerlərə ŞAD XƏBƏR
Yağış, dolu, sel, şaxta və digər təbiət hadisələri kənd təsərrüfatı sahələrinə ciddi ziyan vura, fermerlərin aylarla çəkdiyi zəhməti və məhsul gözləntilərini risk altına sala bilər.
Far.Az-in məlumatına görə, belə hallarda aqrar sığorta fermerlərin itkilərinin qarşılanmasında mühüm rol oynayır.
Bəs fermerlərin təsərrüfatlarını sığortalaması üçün dövlət nə qədər vəsait ayırır və bu dəstək hansı qaydada həyata keçirilir?
Aqrar Sığorta Fondu Far.Az-ain sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, normadan artıq qar yağması, yanğın, ildırım vurması nəticəsində yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalayır:
"Dövlətin aqrar sığorta prosesində fermerlərə göstərdiyi ən böyük dəstək sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Qaydalara əsasən, fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır. Nəticədə fermer öz təsərrüfatını sığortalamaq üçün hesablanmış sığorta haqqının yalnız yarısını ödəyir.
2026-cı ilin ilk 9 ayında – yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondunun ümumi sığorta yığımları 20 milyon 480 min manat təşkil edib. Bu məbləğin yarısı, yəni 10 milyon 240 min manatı fermerlərə dövlət dəstəyi çərçivəsində dövlət tərəfindən ödənilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













