Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı
Far.Az xəbər saytı

Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı


Azərbaycan cüdoçusu Zelim Tçkayev də Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb.

Rəqibini məğlub edən Z.Tçkayev adını 1/4 finala yazdırıb.

***12:26

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünya çempionatı: Zelim Tçkayev növbəti qələbəsini qazanıb - YENİLƏNİB
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər