Anar Bağırov: Azərbaycanın hüquq sistemi beynəlxalq standartlara uyğun olaraq inkişaf edir
Azərbaycanın hüquq sistemi müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf edir.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransının iştirakçılarına tədbirin açılış mərasimində videomüraciətində deyib.
O bildirib ki, Azərbaycan zəngin hüquq tarixinə və müxtəlifliyə, multikultural dəyərlərə hörmətin qədim ənənələrinə malikdir:
"Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşib. Burada, Bakıda ölkəmizin zəngin və rəngarəng keçmişini yaxından hiss etmək mümkündür. Şəhərin hər bir guşəsində qədimliklə müasirliyin izləri bir-birinə qarışaraq ənənələrimizlə bugünkü kimliyimizi bir araya gətirir. Ümid edirəm ki, Bakıda olduğunuz müddətdə yalnız şəhərimizin gözəlliyini deyil, eyni zamanda insanlarımızın səmimiyyətini və qonaqpərvərliyini də hiss etmək imkanınız olacaq".
A.Bağırov əlavə edib ki, bu gün Azərbaycanın hüquq sistemində inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir.
YENİLƏNİR
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













