"7 aylıq hamilə olduğumu biləndə mənimlə müqavilə bağlamadılar" - Açıqlama
"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal toplamışam və Masallı rayonu Qızılağac kənd 1 nömrəli məktəbə qəbul olunmuşam. Təyinat verilsə də, məktəb mənimlə müqavilə bağlamır".
BAKU.WS xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya ibtidai sinif müəllimi Nəzərova Zərxanım Əziz qızı müraciət edib.
Vətəndaş iddia edir ki, buna səbəb hamilə olmasıdır: "Hazırda 7 aylıq hamiləyəm. Bunu biləndə mənimlə müqavilə bağlamaqdan imtina etdilər".
Problemlə bağlı Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə ünvaladığımız sorğuya belə cavab aldıq: "Adıçəkilən namizəd Masallı rayonu Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə müddətli vakant yer üzrə zəng mərhələsində dəvət olunsa da, araşdırma zamanı namizədin 7 aylıq hamilə olduğu, eləcə də tədris ili başladıqdan qısa müddət sonra hamiləliyə və doğuşa görə uzunmüddətli sosial məzuniyyətə ayrılacağı məlum olub.
Bildiririk ki, MİQ üzrə müsabiqədə elektron yerləşdirmə mərhələsindən sonra boş qalan vakant yerlərin tədris ilinin sonuna qədər müddətli əsaslarla tutulması zərurəti yaranır. Bu zaman zəng mərhələsində müvafiq namizədlərlə əlaqə saxlanılır. Qeyd edilən vakant yerin tədris ilinin sonuna qədər tutulması üçün də Nəzərova Zərxanım Əziz qızı ilə zəng vasitəsilə əlaqə saxlanılıb.
Əmək müqaviləsinin işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında bağlandığını nəzərə alaraq, məktəbin direktoru işəgötürən kimi, ibtidai siniflərdə tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, şagirdlərin tədris proqramından geri qalmasının qarşısının alınması və dərs yükünün davamlı şəkildə təşkil olunması məqsədilə əmək müqaviləsinin bağlanmaması barədə öz səlahiyyətləri çərçivəsində qərar qəbul edib".
Məktəbdən həmçinin bildirilib ki, tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə həmin məktəbə zəng mərhələsindən dərhal sonra tədris prosesini fasiləsiz davam etdirəcək digər müəllim yönləndirilib.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













