Yaponiyalı dünya çempionu Sansiro Murao: "Azərbaycan çox gözəl və qonaqpərvər ölkədir"
Milli Gimnastika Arenasındakı ab-hava və insanların cüdoya böyük sevgisi həqiqətən çox xoşdur.
Bunu "Far.Az"a açıqlamasında Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Sansiro Murao deyib.
90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan yaponiyalı tatami ustası Azərbaycanın olduqca qonaqpərvər ölkə olduğunu vurğulayıb:
"Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Hər dəfə xoş münasibətlə qarşılaşıram. Milli Gimnastika Arenasındakı ab-hava və insanların cüdoya böyük sevgisi həqiqətən çox xoşdur. Azərbaycanın çox gözəl və qonaqpərvər ölkə olduğunu düşünürəm. Xalqınıza təşəkkür edirəm".
O, ardıcıl ikinci dəfə dünya çempionu olmasını xatırladıb:
"Mən ötən il də mundialın qalibi olmuşdum və ardıcıl ikinci ildir ki, qızıl medala sahib çıxıram. Təbii ki, bu, sevindirici haldır. Qarşıma qoyduğum məqsədə çatmışam. Ardıcıl qələbələr qazanaraq üstün olduğumu sübut etməyə çalışırdım. Buna nail olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Sansiro Murao finalda həmyerlisi Qoki Tayimaya qalib gəlib. Həmin çəkidə mübarizə aparan Azərbaycan təmsilçisi Murat Fətiyev (90 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb













