"AZCON Holding" və "DP World" liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirib
"AZCON Holding" ilə "DP World" arasında liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"Far.Az" xəbər verir ki, sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir liman texnologiyalarının tətbiqi üzrə təcrübə və ekspertiza mübadiləsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər Azərbaycanda və Xəzər regionunda liman və logistika infrastrukturunun inkişafı, yeni investisiya imkanlarının araşdırılması, eləcə də neft-qaz sektoruna xidmət göstərəcək dəniz gəmilərinin birgə maliyyələşdirilməsi və istismarı üzrə potensial əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər.
Əməkdaşlığın digər istiqaməti Azərbaycanda gəmiqayırma və gəmi təmiri imkanlarının inkişafı, mövcud istehsal güclərindən istifadənin artırılması və Xəzər regionunda müvafiq xidmətlərin genişləndirilməsidir. Tərəflər, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimi, bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Oxşar xəbərlər
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb













