Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub


Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub.

"Far.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, oktyabrın 6-8-də Azərbaycan Turizm Bürosu (ATB) Polşanın Qdansk, Poznan və Varşava şəhərlərində keçirilən "AVIAREPS Around the World Roadshow Poland 2026" tədbirində iştirak edib.

Tədbirlərdə Polşanın turizm sənayesinin 70-ə yaxın nümayəndəsi iştirak edib. Görüşlər zamanı Azərbaycanın turizm potensialı, tarixi-mədəni irsi, təbiət və dağ turizmi, həmçinin qış turizmi imkanları barədə məlumat verilib.

Tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektoru arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

"AVIAREPS" aviasiya, turizm və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən beynəlxalq təmsilçilik, marketinq və ictimaiyyətlə əlaqələr şirkətidir. 1994-cü ildə təsis olunan şirkət 71 ölkədə 76-dan çox ofis vasitəsilə fəaliyyət göstərir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən Polşa vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 %-dən çox artaraq 9 351 nəfər təşkil edib.

Polşadan Azərbaycana səfərləri dəstəkləyən amillərdən biri birbaşa hava əlaqəsidir. "LOT Polish Airlines" aviaşirkəti Varşava-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Polşa vətəndaşları, həmçinin elektron viza sistemi vasitəsilə Azərbaycana səfər üçün viza əldə edə bilərlər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər