Ankarada Fikrət Əmirovun "Nizami" simfoniyası təqdim olunub
Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyası təqdim olunub.
"Report"un Türkiyə bürosu xəbər verir ki, əsər Ankarada Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında səsləndirilib.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və həmin universitetin Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində baş tutu və Azərbaycanın və Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunub.
Ankara Dövlət Konservatoriyasının Beytepe şəhərciyindəki Böyük Konsert salonunda keçirilən tədbirə Hacettepe Universiteti Simfonik Orkestrinə professor, Ankara Dövlət Konservatoriyasının müdiri Burak Tüzün dirijorluq edib. Konsertdə mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, musiqisevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışında Nizami Gəncəvinin yaradıcılığının əhəmiyyətindən danışan Burak Tüzün bildirib ki, 1141-ci ildə Gəncədə dünyaya gələn dahi mütəfəkkirin şairin irsi yalnız Şərq ədəbiyyatına deyil, dünya mədəniyyətinə və fikir tarixinə də mühüm xidmətlər göstərib.
Daha sonra orkestrin ifasında Fikrət Əmirovun "Nizami" simfoniyası təqdim olunub. Azərbaycan milli musiqi ənənələri ilə simfonik sənətin vəhdətini əks etdirən əsər dinləyicilərə Nizami Gəncəvinin zəngin poetik və fəlsəfi dünyasını musiqi dili ilə çatdırıb.
Qeyd edək ki, Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə bəstələdiyi "Nizami" simfoniyası Azərbaycan professional musiqi sənətinin dəyərli nümunələrindən biridir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













