Bakıda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunub
Far.Az xəbər saytı

Bakıda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunub


Bakıda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub

Konfransda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərin qazandığı uğurlara toxunub:

"Azərbaycan qazandığı zəfərdən sonra gənclərimiz də müxtəlif sahələrdə yeni qələbələr qazanıblar. Onlar ölkəmizi müxtəlif beynəlxalq platformalarda, çempionatlarda qürurla təmsil edirlər. Gənclərin öz tarixini və milli-mənəvi dəyərlərini unutmaması çox vacibdir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır:

"Bu çərçivədə əsas məqsəd bilikli və məsuliyyətli vətəndaş yetişdirməkdir. Başqa sözlə, hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir".

Daha sonra "Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət", "Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər" mövzularında panel sessiyalar baş tutub. Sessiyalarda gənclərin milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və proseslərdə fəal iştirakının təşviqi ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər