Bakıda "Kəlağayı Bayramı" konsert proqramı təşkil olunub
Bakıda "Kəlağayı Bayramı" adlı konsert proqramı təşkil olunub.
"Report" xəbər verir ki, Kəlağayı gününə həsr olunan tədbir Bakı Gənclər Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə baş tutub.
Tədbir çərçivəsində iştirakçılara əsrlərin yadigarı olan qədim və müasir kəlağayı nümunələri, Kəlağayı Ev Muzeyinin tarixi eksponatları, o cümlədən xalça, səhəng, cəhrə, daraq və samovar nümayiş etdirilib. Sərgidə, həmçinin Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın milli mövzularda rəsm əsərləri təqdim olunub.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva və digər qonaqlar çıxış ediblər.
Kəlağayının Azərbaycan milli-mədəni irsindəki yeri və əhəmiyyətinin önə çəkildiyi konsert proqramında aşıqların mövzuya həsr olunan ifaları təqdim edilib.
Qeyd edək ki, 26 noyabr - Azərbaycan Kəlağayısı Günüdür. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına" daxil edilib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













