BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur
Far.Az xəbər saytı

BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur


COP29 çərçivəsində təqdim olunacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O qeyd edib ki, üzv dövlətlər rəqəmsal transformasiya və davamlılığın birlikdə getməli yol olduğunu anlayırlar: "Buna görə də, qərara gəlinib ki, davamlı rəqəmsal transformasiya BTİ-nin iki strateji hədəfindən biri olsun. Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyük alıcıları arasındadır və bəziləri artıq 100 % bərpa olunan elektrik enerjisindən istifadə edirlər. Eyni zamanda, BTİ-nin Yaşıllaşdırıcı Rəqəmsal Şirkətlər hesabatında göstərildiyi kimi, texnoloji sektorun ətraf mühitə təsiri şəbəkə xidmətləri və məlumatların saxlanmasına qlobal tələbatın artması səbəbindən artır”.

Bundan başqa, qonağın sözlərinə görə, COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər