Devid Qarrido: "Futbolun iqlim dəyişikliyinə qarşı mübarizədə nümunə göstərməsi çox vacibdir"
Far.Az xəbər saytı

Devid Qarrido: "Futbolun iqlim dəyişikliyinə qarşı mübarizədə nümunə göstərməsi çox vacibdir"


Dünya üzrə 4 milyarddan çox azarkeşi olan futbolun iqlim dəyişikliyinə qarşı mübarizədə nümunə göstərməsi çox vacibdir.

"Report" xəbər verir ki. bunu "Sky Sports UK" aparıcısı Devid Qarrido "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

O, "Qarabağ"ın təşəbbüsü ilə yaradılan "İqlim üçün Futbol Klubları Alyansı" Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirib:

“Futbol cəmiyyətə nümunə olmaq gücünə malikdir və bu alyansın yaradılması ilə klublar davamlı gələcək üçün mühüm addımlar atacaqlar”.

Aparıcı həmçinin futbolun, meydanda olduğu kimi, ekoloji təşəbbüslərdə də güclü başlanğıc etməli olduğunu vurğulayıb: “Futbolda ilk 10 dəqiqə oyunun gedişatını müəyyən edir, iqlim dəyişikliyi ilə mübarizədə də güclü başlanğıc etmək, davamlı uğura nail olmaq üçün vacibdir”.

Qeyd edək ki, D.Qarrido iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının rolunu işıqlandıran bir sıra sənədli filmlərin müəllifi kimi tanınır. Onun tədbirdə verdiyi dəstək futbol və iqlim mövzularının birləşdirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
COP29-un baş danışıqçısı: "İqlim üçün Futbol Klubları Alyansının yaradılması qlobal futbol icması üçün güclü nümunədir"
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər