Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2
Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
"Far.Az"un məlumatına görə, o, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
U.Kokauri qızıl medal uğrunda görüşdə İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında bürünc medal uğrunda yarışacaq.
"Far.Az"un məlumatına görə, o, təsəlliverici görüşdə Valeri Yendovitskini (Rusiya) üstələyib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının yarımfinalına adlayıb.
"Far.Az"un məlumatına görə, o, 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovu üstələyib.
U.Kokauri yarımfinalda finlandiyalı Martti Puumalaynenlə üz-üzə gələcək. K.Nəsibov isə təsəliverici görüşdə Valeri Yendovitski (Rusiya) ilə görüşəcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4
Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi













