Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Kocaeli şəhərində keçirilən "Türk Dünyası Gənclərinin Görüşü" ilə bağlı mətbuata açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil və mədəniyyətə əsaslanan ailə təşkilatıdır.
O, Prezident İlham Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı göstərdiklərini vurğulayıb.
R. Aslanov bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra gənclər təşkilatlarının nümayəndələri bölgəyə səfər edərək aparılan bərpa və quruculuq işləri ilə tanış olurlar.
O həmçinin Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının, gənclərin burada təhsil almasının və Türkiyə universitetlərinin əməkdaşlığa maraq göstərməsinin Azərbaycan gəncliyinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Şəkidə avtoqəza olub, sürücü ölüb
-
AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib













