Dünya çempionatı: Uşanqi Kokauri gümüş medal qazanıb - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, o, finalda rusiyalı İnal Tasoyevə məğlub olub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, o, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
U.Kokauri qızıl medal uğrunda görüşdə İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında bürünc medal uğrunda yarışacaq.
"Report"un məlumatına görə, o, təsəlliverici görüşdə Valeri Yendovitskini (Rusiya) üstələyib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının yarımfinalına adlayıb.
"Report"un məlumatına görə, o, 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovu üstələyib.
U.Kokauri yarımfinalda finlandiyalı Martti Puumalaynenlə üz-üzə gələcək. K.Nəsibov isə təsəliverici görüşdə Valeri Yendovitski (Rusiya) ilə görüşəcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq
Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Şəkidə avtoqəza olub, sürücü ölüb
-
AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib













