Bakıda European Aquaticsin Konqresi başa çatıb
Bakıda oktyabrın 8-dən 10-dək European Aquaticsin (EA) Konqresi keçirilib.
"Report" xəbər verir ki, bu gün başa çatan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, EA prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, ASF-nin icraçı vitse-prezidenti Xaliq İldırımzadə, ASF-nin vitse-prezidenti Jalə Əhmədova, milli federasiyaların nümayəndələri, beynəlxalq idman rəsmiləri və media nümayəndələri iştirak ediblər.
ASF və EA-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Avropada su idman növlərinin inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və milli federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək olub.
Konqres çərçivəsində əvvəlcə EA prezidenti Antonio Silva çıxış edib. Qitə təşkilatının rəhbəri belə nüfuzlu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Bakının nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini vurğulayıb. O, belə görüşlərin Avropada su idmanının inkişafına və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
ASF prezidenti Zaur Əliyev isə Konqresin Avropa ölkələrinin milli federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və su idmanının gələcək inkişafı üçün yeni imkanlar yaradacağına inandığını bildirib.
Çıxışlardan sonra EA-nın 2026-cı il ərzində yadda qalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Bununla yanaşı, ötən dövr ərzində görülən işlərə dair hesabatlar dinlənilib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib













