Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.
Qəsəbə sakini Eşqin Məmmədov (soyadı şərtidir) yaşadığı küçədə olarkən İsa adlı şəxsin səs-küy saldığını görüb, ona irad tutub. İsa hadisə yerindən uzaqlaşaraq yaşadığı məhəlləyə gedib, hadisəni dostlarına danışıb. O, dostları ilə birlikdə hadisə yerinə qayıdaraq, Eşqini ora çağırıb.
Eşqin hadisə yerinə gələrkən İsanın 3 dostu ilə söhbətə gəldiyini görüb. Söhbət zamanı İsanın dostlarından olan Köçəri onları barışdırmaq istəyərkən İsa ilə Eşqin arasında mübahisə yaranıb və İsa Eşqini vurub. Bundan əsəbiləşən Eşqin üzərindəki bıçaqla onlara hücum edib. Nəticədə o, İsanın dostu Köçərini bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Eşqin Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə E.Məmmədov 4 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Şəkidə avtoqəza olub, sürücü ölüb
-
AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib
-
Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı













