Xuan Laporta: "Planetin və insanların rifahına sadiq qaldığınız üçün minnətdaram"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkətinin pavilyonun ziyarət edib.
"Far.Az" xəbər verir ki, nümayəndə heyətinə "AZCHEMCO" şirkətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri izah edən video təqdim edilib.
Şirkət nümayəndələri "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə, elektrik keçiriciliyinin isə 9140-dan 291-ə qədər azalması ilə müşahidə olunan irəliləyişləri təqdim ediblər. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.
"Barselona" klubunun prezidenti bərpa olunmuş torpağa çiyələk kolları əkib.
"AZCHEMCO" şirkəti tərəfindən, qonağa "Azərxalça"da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunub.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













