Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük"
Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsində Kiprin APOEL komandası üzərində asan qələbə qazanacağını düşünməyib.
Bunu "Far.Az"un Mingəçevirə ezam olunmuş əməkdaşına açıqlamasında "Kür" komandasının üzvü Səkinə Musayeva bildirib.
O, APOEL üzərində 39:13 hesablı qələbə qazandıqları cavab oyunundan sonra fikirlərini bölüşüb.
"Rəqibi təhlil etmişdik. Asan qələbə qazanacağımızı düşünmürdük. Meydanda sonadək mübarizə apardıq. Hər oyunda mübarizə aparmaq lazımdır. Rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Hər zaman öz oyunumuzu göstərməliyik", – həndbolçu deyib.
S.Musayeva növbəti rəqiblə qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib.
"Növbəti rəqibimizi gözləyirik. Qarşılaşacağımız komanda müəyyənləşəndən sonra onun haqqında fikir bildirə bilərik. Həmin mərhələdə də azarkeşlərimizi sevindirməyə çalışacağıq", – o əlavə edib.
Qeyd edək ki, "Kür" komandası ötən gün eyni arenada keçirilən ilk oyunda da APOEL-i 40:18 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan təmsilçisi EHF Avropa Kubokunun III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komandanın növbəti mərhələdəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.
Giriş cümləsini daha axıcı etOyunun nəticələrini daha yığcam ver
Oxşar xəbərlər
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zooparkda pələng kişini diri-diri yedi
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib













