Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub - YENİLƏNİB-2


Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

"Report" xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.

O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.

Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.

"Report" xəbər verir ki, A.Abbasova finalda Ada Eybeyə (Türkiyə) məğlub olaraq gümüş medala yiyələnib.

Bununla da yığmanın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.

Azərbaycan idmançısı Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən C.Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər