Şəhidimizin adını daşıyan gəmidə dron hücumu nəticəsində yaralanan azərbaycanlının atası danışdı
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirənlər arasında Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyev də var.
BAKU.WS İctimai TV-yə istinadla xəbər verir ki, hazırda C.Məmmədəliyev Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə zəruri tibbi yardım alır.
"O, üç ildir gəmidə mühərrik ustası kimi çalışırdı. İki aydır ki, gedib. İki ay ərzində hər bir şey normal idi, salamatçılıq idi. Rumıniyanın şəhərində idilər. Bizim məlumatımız olmayıb. Bu gün səhər öyrənmişik ki, gəmi vurulub, yaralılar var, ölənlər var. Özü ilə də danışmışıq. İndi hər şey normaldır, qaydasındadır. Uşaq zəng edib dedi ki, hər şey qaydasında, salamatçılıqdır. Şükürlər olsun".
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













