Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır?
Far.Az xəbər saytı

Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır?


Məktəblərdə vahid geyim qaydaları və dini etiqad azadlığı ilə bağlı müzakirələr davam edir. Mövzu ətrafında əsas diqqət dünyəvi təhsil prinsipləri ilə insanların dini inanclarına hörmət arasında tarazlığın qorunmasına yönəlib. Məktəbdə vahid geyim qaydalarının tətbiqi nizam-intizamın qorunması, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmaması və bərabər təhsil mühitinin yaradılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, qaydaların tətbiqi zamanı qanunla qorunan hüquqların nəzərə alınması vacibdir.

Milli Məclisin deputatı Sahib Alıyev də mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüb. O bildirib ki, dini etiqad azadlığının pozulmasından o zaman söhbət gedə bilər ki, insanlara inanclarına uyğun geyinməyə, hərəkət etməyə və ibadətlərini həyata keçirməyə maneçilik törədilsin.

Deputatın sözlərinə görə, insanları hər hansı geyimi geyinməyə məcbur etmək də hüquqların kobud şəkildə pozulmasıdır. O, məktəblərdə vahid formanın tətbiqinin isə insan hüquqlarının pozulması və ya dini etiqad azadlığına qarşı yönəlmiş addım olmadığını vurğulayıb. S.Alıyev qeyd edib ki, müəllimlər və şagirdlər məktəbə eyni forma ilə gəlməli, burada sosial vəziyyətlərini deyil, bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.

Eyni zamanda vurğulanır ki, valideynləri dini seçimlərinə görə ittiham etmək və hicablı, hicabsız qadınları qarşı-qarşıya qoymaq problemin həlli hesab edilə bilməz. Əsas məsələ fərqli inanclara və seçimlərə hörmətlə yanaşmaqla yanaşı, məktəbdə müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etməkdir.

Dünyəvi təhsil mühiti ilə dini etiqad azadlığı arasında qarşıdurma yaratmaq əvəzinə, bu prinsiplərin qanun çərçivəsində uzlaşdırılması vacibdir. Məktəbin əsas məqsədi uşaqları geyimlərinə və ailələrinin seçimlərinə görə fərqləndirmək deyil, onların təhlükəsiz şəraitdə təhsil almalarına və bərabər imkanlardan yararlanmalarına şərait yaratmaqdır.

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər