Dələduzluqda təqsirləndirilən sahibkar həbs edildi
Qax rayonunda dələduzluqda təqsirləndirilən sahibkar həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qax rayonunun Çüdüllü kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Hətəmov Qaxda uzun illər toyuq ferması yaradıb, sahibkarlıqla məşğul olub. O, bir müddət əvvəl rayon sakinlərindən toyuqlar üçün nisyə qarğıdalı və buğda alıb, onlara satdıqları qiymətdən daha çox pul verəcəyini vəd etsə də, aldığı məhsulların pulunu, ümumiyyətlə, verməyib. O bu yolla rayonda bir neçə sahibkarı aldadıb, aldıqları məhsulları sataraq pulları mənimsəyib.
Bir müddət sahibkarlar Fuaddan pullarını istəsələr də, o, müəyyən bəhanələrlə məsələdən yayınıb, pullarını verməyib. Çarəsiz qalan sahibkarlar məsələ ilə bağlı polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Fuad Hətəmov saxlanılıb. Məlum olub ki, F.Hətəmov ümumilikdə 132 min 380 manatlıq dələduzluq edib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə F.Hətəmov 5 il 6 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu













