Sərxan Hüseynov: "Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi əsas hədəflərdəndir"
Far.Az xəbər saytı

Sərxan Hüseynov: "Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi əsas hədəflərdəndir"


Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi, həyata keçirilən işlərin ictimaiyyətə tam aydın şəkildə çatdırılması əsas hədəflərdəndir.

"Far.Az" xəbər verir ki, bunu AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.

S.Hüseynov son dövrlərdə bu istiqamətlər üzrə intensiv işlərin görüldüyünü diqqətə çatdırıb:

"Akademiyalara mütəmadi səfərlər etmək, ehtiyacları yerində öyrənmək və uşaq-gənc futbolu ilə bağlı qərarlarda akademiyaların rəhbərləri ilə məşqçilərin rəylərini dinləmək görülən işlərin nüvəsini təşkil edir".

O, təqdim olunan yeni layihələrin AFFA-nın daxili resursları, mütəxəssislərin bacarıq və təşəbbüsləri hesabına ərsəyə gəldiyini vurğulayıb:

"Bu işlərdə heç bir xarici şirkətin xidmətindən istifadə olunmayıb. Təşəbbüslərin ən mənalı tərəfi akademiyalarla federasiyanın birgə işləməsini təmin etməkdir. Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər. Birlikdə fəaliyyət göstərərək Azərbaycan futbolu üçün daha böyük uğurlar qazanmaq mümkündür".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər