Qaxda turizm festivalı keçirilib
Far.Az xəbər saytı

Qaxda turizm festivalı keçirilib


Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qax rayonunda "Şən Bazar" festivalı keçirilib.

"Far.Az" Agentliyə istinadən xəbər verir ki, festivalın məqsədi Qax rayonunun zəngin mədəni-tarixi irsinin, milli adət-ənənələrinin, folklorunun, sənətkarlıq nümunələrinin və yerli qastronomiyasının geniş auditoriyaya tanıdılması, regionun turizm cəlbediciliyinin artırılması, eləcə də yerli iqtisadi fəallığın təşviq edilməsi olub.

İki gün davam edən festivalda yerli sənətkarların əl işləri və təbii məhsulları nümayiş etdirilib, qastronomiya təqdimatları və ustad dərsləri təşkil olunub. Bununla yanaşı, festivalda milli musiqi, folklor və rəqs nümunələri nümayiş olunub, uşaqlar üçün yaradıcı proqramlar, eləcə də musiqili-əyləncəli parti proqramı təşkil edilib.

Turizm guşəsində isə Qax rayonunun turizm potensialı, marşrutları və görməli məkanları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Festival ölkənin müxtəlif rayonlarından gələn turistləri və ziyarətçiləri bir araya gətirib, turizm şirkətlərinin Qax rayonuna və bütövlükdə regiona turlar təşkil etməsi üçün əlavə tanıtım imkanları yaradıb.

Tədbir çərçivəsində bloqerlər üçün festivalı və Qax rayonunun turistik məkanlarını əhatə edən infotur da təşkil olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər