Səudiyyə Ərəbistanında husilərin hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanında husilərin hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib


Səudiyyə Ərəbistanında Yəmən husilərinin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, oktyabrın 11-də Ər-Riyad hava limanı planlaşdırılan reyslərin 99,7 %-ni ləğv edib. Bu gün Səudiyyə Ərəbistanının paytaxtında reyslərin təxminən 60 %-nin, bütün ölkə üzrə isə üçdə birindən çoxunun ləğv ediləcəyi gözlənilir.

Öz növbəsində, "Flightradar24" xidməti Ər-Riyad hava limanında ləğv edilmiş reyslərin payını təxminən 78 % olaraq qiymətləndirir.

Hücumlar fonunda Almaniyanın "Lufthansa" aviaqrupu Ər-Riyada uçuşları oktyabrın 16-dək dayandırıb, "Air France-KLM" isə məhdudiyyətləri ayın sonunadək uzadıb.

Xatırladaq ki, husilərin Ər-Riyada hücumlarından biri nəticəsində 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Sonrakı zərbə zamanı daha bir nəfər ölüb, 12-yə yaxın insan xəsarət alıb.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər