Məktəblərdə vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır - RƏY
Far.Az xəbər saytı

Məktəblərdə vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır - RƏY


Orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır.

Bunu "Far.Az"a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib.

Onun sözlərinə görə, bunu modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır:

Aygün Bağırlı
"Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması labüddür".

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin böyük aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev də "Far.Az"a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.

Fəlsəfə doktoru qeyd edib ki, təhsil hər bir xalqın gələcəyini təmin edən ən önəmli sahədir:

"Təhsilin inkişafı cəmiyyətin inkişafı deməkdir. Bu baxımdan Azərbaycan dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyası yolunda müəyyən addımlar. Məktəblərdə vahid geyim formasının tətbiqi də buna hesablanmış addımdır. Sözsüz ki, təhsil ocaqlarında təhsilalanın və təhsilverənin vahid formada olması, əlavə geyimlər, aksesuarlar, məktəbə aidiyyatı olmayan amillərin aradan qaldırılması şagirdlərin təhsilə tam fokuslanmasına, eləcə də birinin digərindən fərqlənməməsinə, seçilməməsinə şərait yaradır. Bu dünyəvilik prinsipinin tətbiqi yönündə atılmış önəmli addımdır".

O.İsayev onu da vurğulayıb ki, şagird məktəbdə yalnız təhsil almalı, digər məsələlərə vaxt itirməməlidir:

Orxan İsayev
"Məktəblərdə həm müəllim kollektivinin, həm də şagirdlərin vahid komanda şəkildə fəaliyyət göstərməsi istiqamətində də vahid geyim formasının tətbiq olunması önəmli hesab olunmalıdır. Fikrimizcə, məktəblərdə bərabərliyin təmin olunması təhsilin inkişafına müsbət təsir göstərəcək".

Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər